Fransa 155 mm-lik "Sezar" özüyeriyən artilleriya qurğularının istehsalını ayda 12 ədədə çatdırmaq niyyətindədir.
HİT.az xəbər verir ki, Fransa Silahlı Qüvvələri naziri Sebastien Lekornu bildirib.
"Biz artıq "Sezar" özüyeriyən silahlarının istehsal gücünü ayda iki ədəddən altıya qədər artırmışıq. Və mən əvvəllər açıq şəkildə qeyd etmədiyim bir rəqəmin adını çəkmək istərdim - biz hasilatı ayda 12 ədədə çatdırmağı planlaşdırırıq", deyə Lekornu Fransada işgüzar səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı bildirib.
Nazirin sözlərinə görə, ölkə təkcə Ukraynaya tədarük üçün deyil, həm də Şimali Atlantika Alyansındakı müttəfiqlərinin ehtiyacları üçün yeni haubitsalar istehsal etmək niyyətindədir.
Martın sonunda Lekornu bildirib ki, Paris 2024-cü ilə və 2025-ci ilin əvvəlinə qədər Kiyevi raketlər və yüzlərlə köhnə, lakin işlək zirehli texnika ilə təmin edəcək.
Samir