NATO: "Alyans mənfi ssenariyə hazırlaşmalıdır, lakin..."

DÜNYA
19:35 / 02.04.2024
231

NATO alyansa üzv ölkələrin təhlükəsizliyi üçün birbaşa risk görmür. 

HİT.az xəbər verir ki, bu barədə Rumıniya radiosuna müsahibəsində NATO baş katibinin müavini Mirça Coana bildirib.

Coana deyib ki, NATO Rusiya ilə toqquşma istəmir. 

"Biz ukraynalıları dəstəkləyirik, çünki müəyyən mənada onlar bizim müharibəmizlə mübarizə aparırlar, bu, Avropadakı strateji reallığın oyanışıdır", deyə baş katibin müavini əlavə edib.

Onun fikrincə, alyans mənfi ssenariyə hazırlaşmalıdır, lakin NATO rəhbərliyi qarşıdakı dövrdə iştirakçı ölkələrin təhlükəsizliyi üçün birbaşa risk görmür.

Qeyd edək ki, bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor NATO qüvvələrinin Ukraynaya göndəriləcəyi təqdirdə Şimali Atlantika Alyansının Rusiya ilə döyüşməyə hazır olmadığı fikrini bildirib.

ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan kapitanı Metyu Ho qeyd edib ki, Qərb ölkələri Ukraynaya 60 minlik kontingent göndərmək qərarına gəlsələr belə, bu, Ukrayna ordusunun cəbhə xəttindəki vəziyyətini dəyişməyəcək.

Samir

0