NATO generalı: "Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı sözləri yaxşı əlamətdir"

DÜNYA
21:11 / 02.04.2024
210

NATO-nun Avropadakı keçmiş baş komandanı, general Filip Bridlav Fransa prezidenti Emmanuel Markonun Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sözlərini “yaxşı əlamət” adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə LRT ilə söhbətində bildirib.

"Mən əminəm ki, bu yaxşı əlamətdir. Prezident Makronun bu sözləri deməsindən çox məmnunam. Münaqişənin əvvəlində NATO ölkələri üçün Rusiya onlardan narahat olmasın deyə, bizim etməyəcəyimiz işlərin uzun bir siyahısını açıqlaması strateji səhv idi. Düşünürəm ki, Putin bundan sonra nə edəcəyimizdən narahat olmalıdır", deyə Bridlav bildirib.

Fevralın sonunda Makron Ukraynaya avropalı əsgərlərin göndərilməsini istisna etməyib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib. Onun sözlərinə görə, indi Kiyevə kömək etmək üçün “artıq qırmızı xətlər, məhdudiyyətlər yoxdur”.

Samir

0