Bayden administrasiyası Konqresə İsrailə 18 milyardlıq F-15 satışına görə təzyiq edir

DÜNYA
10:51 / 03.04.2024
162

ABŞ-ın prezidenti Co Baydenin administrasiyası Konqresə Amerikanın F-15 təyyarələrinin 18 milyard dollar dəyərində İsrailə satışı və tədarükünü təsdiqləmək üçün təzyiq etməyə çalışır.

HİT.az xəbər verir ki, bu barədə "New York Times" mənbələrə istinadən yazır.

"Bayden administrasiyası F-15 təyyarələrinin İsrailə 18 milyard dollara satılması məsələsi ilə bağlı Konqresə təzyiq edir", deyə nəşr qeyd edir.

Qəzet əlavə edir ki, Dövlət Departamenti bu yaxınlarda ABŞ Konqresinin komitələrinə qeyri-rəsmi bildiriş göndərib və bu təşəbbüsün qanunvericiliyə yenidən baxılması prosesi başlayıb. Nəşrin məlumatına görə, bu, departamentin 50-yə qədər təyyarənin ötürülməsi üçün rəsmi icazənin verilməsi istiqamətində ilk addımdır.

ABŞ-ın İsrailin HƏMAS-a qarşı hazırkı kampaniyası üçün silah tədarükünü sürətləndirməsinə baxmayaraq, F-15-lərin ən azı beş il çatdırılmayacağı vurğulanır.

Əvvəllər "Hill" qəzeti yazmışdı ki, Bayden administrasiyası Qəzzada vəziyyətin gərginləşməsi və İsrail ordusunun Rəfahda potensial əməliyyatı kimi hərəkətləri dayandırmaq çağırışları fonunda Təl-Əvivə böyük miqdarda silah satmaq imkanını nəzərdən keçirir.

Samir

0