Makron Rusiya ilə birbaşa qarşıdurmada ABŞ və müttəfiqlərindən kömək istəməyəcək

DÜNYA
16:51 / 03.04.2024
160

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynaya hərbi kontingent göndəriləcəyi və Rusiya ilə birbaşa münaqişə olacağı təqdirdə ölkəsi ABŞ və NATO müttəfiqlərindən kömək istəməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazıb.

Qəzet Amerika rəsmisinə istinadən qeyd edir ki, Co Bayden administrasiyası Makronun açıqlamalarından sonra Rusiyanın Ukraynada tapılan istənilən fransız əsgərinə hücum edəcəyindən narahatdır. Həmsöhbətin fikrincə, bu, Paris və onun müttəfiqlərinin münaqişəyə cəlb edilməsi ilə nəticələnə bilər.

WSJ yazır ki, Ukraynada Qərb personalının olması ilə bağlı genişmiqyaslı münaqişə perspektivi Rusiya Silahlı Qüvvələri tərəfindən hər hansı hərbçi məhv edilərsə, Qərbin necə reaksiya verməsi sualını gündəmə gətirib. Bununla belə, Makron Vaşinqtonu hadisələrin bu cür inkişafı zamanı müdaxiləyə ehtiyac olmayacağına inandırıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, təxminən 1500 nəfərdən ibarət Fransa hərbçiləri apreldə Ukraynaya köçürülməyə hazır ola bilər.

Samir

0