Tramp Qrenlandiyanı niyə istəyir? - "Politico" səbəb açıqladı

DÜNYA
19:42 / 16.01.2025
60

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməsində maraqlı olması onun neft və qaz ehtiyatlarına çıxış əldə etmək istəyi ilə bağlı ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Qeyd edilir ki, Qrenlandiyanın neft və qaz yataqlarından istifadə Amerika mədən şirkətləri üçün böyük biznesə çevrilə bilər. Nəşrin məlumatına görə, adanın neft ehtiyatları neft ekvivalentində təxminən 31,4 milyon barel, təbii qaz ehtiyatları isə 4,2 trilyon kubmetr təşkil edir.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. 

Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb. 

Beynəlxalq hüquq eksperti Kristian Markssen bildirib ki, ABŞ adanı ələ keçirmək məqsədi ilə Qrenlandiyaya hücum etmək qərarına gələrsə, Şimali Atlantika Alyansı dağılmaq təhlükəsi ilə üzləşəcək.

Samir
 

0