Prinston Universitetinin alimləri Qrenlandiya və Alyaska ərazilərində yaşı 30.000 ilə qədər olan daimi donmuş ərazilərdə 100-dən çox potensial aktiv virus növü müəyyən ediblər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Microbiology" jurnalında dərc olunub.
Amerikalı tədqiqatçılar Alyaska və Qrenlandiyada əbədi donun (iki ildən artıqdır ki, donmuş torpaq, qaya və qum qatı) ətraflı təhlilini aparıblar. Donmuş torpaqlarda canlı virus hissəcikləri aşkar edilib. Alimlər həmçinin müəyyən ediblər ki, qlobal istiləşmənin təsiri ilə təhlükəli patogenlər tədricən əbədi donun dərinliklərindən səthə çıxır.
Prinston Universitetinin Arktika Tədqiqat İnstitutunun aparıcı virusoloqu Karl Ronalds qeyd edib ki, temperatur yüksəldikcə bu viruslar müasir ekosistemlərə əhəmiyyətli təsir göstərə bilər. Xüsusilə narahatlıq doğuran faktdır ki, aşkar edilmiş patogenlərin təxminən 15%-i məməliləri, o cümlədən insanları yoluxdura bilir. Bu kəşf virusların növlər arası ötürülməsi ilə bağlı narahatlıqları artırır.
Əlavə təhlükə yoluxucu xəstəliklər daşıyan ağcaqanad və gənələrin əvvəllər tapılmadığı şimala miqrasiyasıdır. Alimlər deyirlər ki, heyvanların davranışındakı bu cür dəyişikliklər nəticəsində tropik xəstəliklər əvvəllər onlara həssas olmayan bölgələrə yayılmağa başlaya bilər.
Samir