Ukraynada seçkilərin nə vaxt keçirilməsinə ölkə özü Konstitusiyaya, qanunvericilik bazasına və demokratik standartlara əsaslanaraq qərar verməlidir. Bu barədə Avropa Komissiyasının sözçüsü Anitta Hipper bildirib.
HİT.az xəbər verir ki, onun sözlərini “European Pravda” yayıb.
Hipperin sözlərinə görə, Avropa İttifaqı seçki prosesi boyunca Ukraynaya dəstək göstərməyə, o cümlədən müvafiq demokratik standartların və tələblərin qorunmasına kömək etməyə hazırdır.
“Konstitusion çərçivə mövcuddur və qərarı Ukrayna verməlidir – əgər bunu etmək qərarına gələrsə”, – Hipper deyib.
Bundan əvvəl Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkədə idarəçilik sahəsində sistemli böhran yarandığını bildirib. Onun sözlərinə görə, mövcud hakimiyyət özünü qorumağa və dəyişikliklərdən çəkinməyə çalışır.
Fedorov hakimiyyətin özünə deyil, ölkəyə və Ukrayna xalqına xidmət etməli olduğunu vurğulayaraq demokratik prosesin bərpası üçün prezident seçkilərinin keçirilməsinə çağırıb.
Volodimir Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatıb. Yeni dövlət başçısının həmin il martın 31-də seçilməsi nəzərdə tutulurdu. Lakin ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin elan edilməsi səbəbindən səsvermə ləğv edilib.
Samir


