Baltik dənizində siyənəkdən tutmuş treskaya qədər müxtəlif balıq növlərinin ehtiyatları son illərdə kəskin azalıb.
HİT.az “Euractiv”ə istinadən xəbər verir ki, buna akvatoriyadakı ekoloji vəziyyət səbəb olur. Baltik dənizi dünyanın ən çirkli dənizlərindən biri kimi tanınır.
Ekoloji “Baltic Waters” fondunun məlumatına görə, 2020-ci illərin əvvəlində Baltik dənizində siyənəyin sayı 1990-cı illərlə müqayisədə 50-80 faiz azalıb.
“Euractiv”ə danışan ekspertlər bunu yosunların kütləvi çiçəklənməsi nəticəsində dənizin dibində oksigenin azalması ilə əlaqələndirirlər. Yosunların sürətlə artmasına isə fermalardan və şəhərlərdən su hövzəsinə çirkab suların axıdılması səbəb olur.
Balıq ehtiyatlarının azalmasına sənaye miqyaslı balıqçılıq da təsir göstərir.
### Rusiya balıqlarına məhdudiyyət məsələsi
İyunda Avropa Komissiyası ilk dəfə Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində bəzi Rusiya balıq növlərinin tədarükünə tam qadağa tətbiq etmək planlarından danışıb.
Lakin bu məhdudiyyətlər 21-ci sanksiya paketinə daxil edilməyib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bunu balığın “geosiyasi əhəmiyyət daşıması” ilə izah edib.
İyun ayında Rusiyadan Avropa İttifaqı ölkələrinə balıq tədarükünün dəyəri may ayı ilə müqayisədə 1,7 dəfə artaraq 74,9 milyon avroya çatıb.
Samir


