Nazirin 2, deputatın 1 şirkəti ləğv olundu - FOTO

İQTİSADİYYAT
14:31 / 19.01.2021
5343

Yanvarın 18-də Azərbaycanda 6 şirkət ləğv olunub. 

Qaynarinfo xəbər verir ki, ləğv olunan şirkətlərin ikisinin qanuni təmsilçisi eyni şəxsdir. Belə ki, "Auto EUİ Azerbaijan” və "Prof Trade Service” MMC-nin qanuni təmsilçisi Tahir Cəmil oğlu Muradovdur. 

Şirkətlərin hüquqi ünvanı fərqli olsa da, mediada hər iki MMC-nin "Gilan Holding”ə aid olduğu bildirilir. 

İddialara görə, Tahir Muradovun atası Cəmil Muradov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xalası oğludur və o, nazirin biznesini idarə edən əsas şəxsdir.

Ləğv olunan şirkətlərdən biri də deputat İqbal Məmmədova məxsus "Azqazservis” MMC-dir.

Onlara qarşı bütün maliyyə tələbləri iki ay ərzində təqdim edilməlidir. 

0