Ev bağışlayan şəxs üstündə pul da verməlidir?

İQTİSADİYYAT
20:54 / 05.08.2024
219

İzləyicimizdən sual var. Rəna Ağayeva bildirib ki, babası evini ona bağışlamaq istəyir. Bunun üçün dövlət rüsumu varmı?

Mövzu ilə bağlı Hit.az-ın sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, bunun üçün rüsum var və bu rüsumu bağışlayan tərəf ödəyir:

"Müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə , dövlət rüsumu 25 mаnаt təşkil edir, əlavə olaraq,  хidmətə görə 3, 75 mаnаt tutulur. Müqаvilə üzrə əmlаk ailədən olmayan şəxslərə keçirsə, rüsum məbləği artır. Bu Azərbaycanda  coğrafiyaya görə dəyişir. Məsələn, rayonlarda bu rüsum 140 manata bərabərdir. Şəhərlərdə isə qiymət daha bahadır. Bаkı şəhərində  dövlət rüsumu 280 mаnаt (хidmətə görə 42 mаnаt), Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda 196 mаnаt (хidmətə görə 29,40 mаnаt) təşkil edir".

Murad

0