Kirayəçini xəbərsiz evdən çıxarmağın cəzası varmı?

İQTİSADİYYAT
21:06 / 03.12.2024
66

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Kirayə məbləğinin ödənilməsi gecikərsə, evdən çıxardılmaq mümkündür?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, iki aydan çox gecikmə varsa, bu mümkündür:

“Mülki Məcəllənin 685.2.2-ci maddəsinə əsasən, əgər kirayəçi ikidən çox müddətdə əmlak kirayəsi haqqının ödənilməsi gecikdirsə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Yəni, bu halda evin kirayəyə verilməsinə son qoyula bilər”.

Murad

0