Metroda tüstülənmə oldu, qatarlar 25 dəqiqə gecikdi

HADİSƏ
10:53 / 19.10.2024
43

"Bakı Metropoliteni" QSC-nin "28 may" və “Nizami” stansiyaları arasındakı tunel yolunda tüstülənmə olub.

HİT.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, dərhal yoldan yüksək gərginlik çıxarılıb. İnsidentlə bağlı metroda qatarların hərəkəti təxminən 25 dəqiqə ləngiyib.

Hazırda qatarlar qrafik üzrə hərəkət edir.

0