Ötən gün vəfat edən zabit Salyanda dəfn olundu - FOTOLAR

HƏRBİ
11:50 / 08.04.2024
392

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan, ötən gün vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlu dəfn olunub.

APA xəbər verir ki, zabit anadan olduğu Salyan şəhərində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Bağırov Ülvi Hənifə oğlu aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

0