Nokautların sayına görə rekordçu oldu - VİDEO

18:50 / 14.05.2023
695

Amerikalı qarışıq üslublu döyüşçü (MMA) Mett Braun Mütləq Döyüş Çempionatı (UFC) turnirində nokautların sayına görə rekordçu olub. 

Bu barədə ətraflı statistika qurumun rəsmi saytında verilib.

İdmançı UFC on ABC 4 turnirində həmyerlisi Kort MakQini məğlub edib. Döyüş 4 dəqiqə davam edib. 42 yaşlı Braun üçün bu nokaut 13-cü olub. 2021-ci ildə digər amerikalı Derrik Lyuis də eyni nəticəyə nail olub. O, Kris Dokosa qarşı rekord vurub.

Braun 2008-ci ildən UFC-də çıxış edir. Ümumilikdə onun karyerasında 26 qələbəsi var. Daha 19 döyüşdə məğlub olub.//Lent.az 

0