Teleaparıcı-jurnalist Şəbnəm Naibli suallarımızı cavablandırır:
- Şəbnəm xanım, bu yaxınlarda verdiyiniz müsahibədə bir açıqlamanız qalmaqala səbəb oldu.
- Bilirsiniz , mən reallıqları danışıram . Belə deyək, uzun illərdir iş fəaliyyətimi gündəmə gətirməməyə çalışmamışam . Çünki mən toy, tədbir, el şənliklərində aparıcı kimi iştirak etmirəm ki, özümü reklam edim, toy tutum. Mənim bu sahədə maraqlarım tam başqadır. Dediyim kimi, "həci" və "sponsor" məsələsində haqqlıyam. Mənim bu mövzularda başım dikdir, heç kim çıxıb deyə bilməz ki, Şəbnəm kiminsə hesabına nəsə edib .Televiziya sahəsində mənim qazancım sadəcə əlaqələrdir .
- Karyeranızın ən gözəl zamanlarında bitirdiniz və efirə qayıtdıqdan sonra boşandığınız söz söhbətləri gəzməyə başladı ,yoldaşınızın həbsdə olduğunu deyənlər də oldu. Ailə həyatınızda nə baş verir?
- Bu barədə çox danışmağı uyğun bilmirəm. Qızımın atasının ailəsi cəmiyyətdə nüfüzlu ailələrdəndir. Qaynanam mənim qızımın ikinci anasıdır. O ailəyə gəlin getdiyim gündən mənə öz övladları kimi yanaşdılar. Qızımın atası da çox gözəl qəlbi olan insandır. Sevib ailə qurdugum şəxs idi. Mənim ona hörmətim sonsuzdur. Mənim qızım böyüyür, ailə məsələləri, yaşananlar onunla mənim aramda yaşandı, bu barədə danışmağı bizə yaraşdırmıram. Evləndikdən sonra ona daha çox zaman ayırdığım üçün peşəmlə məşğul olmaq mümkun olmadı. Qızım doğulduqdan sonra artıq xəbər aparıcısı olaraq iş fəaliyyətimə başladım. Mən istəmirəm ki, insanlar mənim ailə həyatımı müzakirə etsin.
- Qaynanam qızımın ikinci anasıdır deyirsiniz...
- Bəli, doğulandan qızımın üzərində böyük əməkləri var. Hər nənə-babada o ürək yoxdur. Danılmazdır bu. Qızımın onlarla daha çox zaman keçirməyini, ata qohumlarından uzaqlaşmasın istəyirəm. O böyüyür, gələcəkdə başqa uşaqlarda gördüklərinin onda niyə yoxdur kimi sualların cavabını verə bilmərəm. Uşaq mənə indi atasi ilə bağlı sual verəndə yalan danışmıram, uşağın dərk etməyəcəyi cümlə qururam, böyüyəndə o hər şeyi dərk edəcək. Bu böyük yükdür, amma mənim vicdanım rahatdır. Ona hər zaman deyirəm, sən mənim qızımsan. Valideynlər ümümiyyətlə övlad dünyaya gətirəndə özlərini deyil, uşağın psixologiyasını, onun nələr hiss edəcəyini, həyatını düşünməlidirlər, bu məsuliyyəti qəbul etməlidirlər.
- Gənc yaşlarınızda ictimai həyatda, tv sahəsində uğur qazandınız. Bu uğurları qazananda dostlarınız çox oldu, yoxsa düşmənləriniz?
- Çevrəmdə insanlar çoxdu, amma bu gün barmaqla sayılası qədər dostlarım var. İkisi televiziya sahəsində çalışır, bir neçəsi digər sahələrdə. Dostu-düşməni son illərdə daha gözəl tanıdım, təcrübə oldu .
- Dostlarınızın içində sirdaşınız olanlar varmı?
- Dost deyiriksə bu artıq dərdləşdiyin, danışdığın, yaxşı və pis günlərində bir-birinin yanında olduğun insanlardır. Artıq yad münasibət olmur, insan doğmalaşır. Amma sirdaşım olan bir şəxs var ki, onun həyatımda yeri tam başqadır.
- Şəbnəm xanım, sizi eqoist insan kimi xarakterizə edirlər. Bəs sizcə belədir?
- O cür tanıyanlar o tərəfimi görməyə layiq olanlardır. Kənardan necə göründüyüm mənim üçün əsla maraqlı deyil, əsas necə insan olduğumdur. Soyuqqanlı tərəflərim də var, səmimi tərəflərim də. Ciddiyyət mənim üçün vacibdir .
- Nəyi itirməkdən qorxursuz və nədən qorxursuz?
- Son illərdə çox şey itirdim. Həyat insanı bərkidir. Allah əzizlərimə can saglığı versin, onların pis gününü görmək istəmirəm. Qorxum övladımın qarşısında aciz ana olmaqdır .
- Şəbnəm Naibli hər zaman güclü xanım kimi tanınır...
- Zəif qadın olmaq mənim xarakterimə yaddır. Amma bəzən həyat insanı elə bir nöqtəyə gətirir ki, güclü olmağa məcbur qalırsan.
- Gələcək planlarınız nələrdir?
- Övladım doğulanda Allahdan ömür və güc istəmişəm ki, övladıma layiqli ana ola bilim. Bu gün verdiyim qərarlar, seçdiyim yol, işim- hər şeyi edərkən qızımın gələcəyini düşünürəm və ona uyğun planlar həyata keçirməyə çalışıram.
- Şəbnəm üçün pul, yoxsa sevgi daha önəmlidir?
- Sevgi zəiflikdir, düzgün seçim olduqda bəlkə də xoşbəxtlik gətirir. Amma əksər hallarda peşmançılıqdır. Maddiyyat gücdür. Anamın bir sözü var, həmişə mənə deyir ki, pul çox şeyi həll edə bilər, amma hər şeyi yox. Mənə isə pulun həll etdiyi məsələlər daha vacibdir. Əvvəllər ailəmin gücünə arxalanırdım, həc nəyi düşünmürdüm. Yaşananlar insana dərs verir və artıq mən başa düşürəm ki, mənə daha çox nə vacibdir. Marketlər, xəstəxanalar, apteklər, komunal xərclər və sairə sevgi ilə barter etmir. Dünyaya uşaq gətirirsənsə, artıq onun məsuliyyəti səndədir. Sözüm yanlış anlaşılmasın, siz mənə varlı, ya kasıb sualınızı vermirsiniz. Siz mənə sevgi, yoxsa pul sualını verirsiniz və mən sevdiyim insanların üzərimdə olan məsuliyyətim üçün pulu seçərəm .
- Münasibətdə sizin üçün nələr vacibdir?
- Ən başlıcası hörmətdir. Münasibətə görə dəyişir digər tərəfləri. Sən dostluqla iş münasibətini, ailə ilə yoldaşlıq münasibətlərini bir tutub eyni kriteriyaları gözləyə bilməzsən.
- Maraqlı və səmimi söhbətiniz üçün təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm.
Hit.Az