Xalq artisti Afaq Bəşirqızı səhhətiilə bağlı açıqlama verib.
HİT.az xəbər verir ki, sənətçi bu barədə “Künc-bucaq” yutub layihəsində danışıb. A. Bəşirqızı deyib ki, hazırda səhhəti ilə bağlı hər şey yaxşıdır:
“Hazırda hər şey qaydasındadır. Bu vaxtilə səndə olan xəstəlikdir. Həyatı boyu səninlə yaşayır. Harada qırıldı qırılır. Xəstəliklə bağlı xəbər təsadüf nəticəsində yayıldı. Neçə illərdir əziyyət çəkirdim, amma heç kim bilmirdi. İnsan nəyəsə qalib gələ bilsəydi, onun dəfələrlə əməliyyatlara məruz qalan, zəif ürəyi, bədəni, müəyyən yaş dövründə divarlara dəyən başı olmazdı”.
Qeyd edək ki, sənətçi xərçəng xəstəliyindən əziyyət çəkib.