Hər gün bir fincan qatqısız qəhvə çəki artımına mane olur

MARAQLI
23:18 / 13.10.2023
729

Hər gün qəhvə istehlakı çəki azaltmağa yardımçı olur.

Hit.az-ın məlumatına görə, Harvard İctimai Sağlamlıq Məktəbinin Qidalanma Departamentinin tədqiqatçıları bu barədə üç qrup tədqiqatından məlumat toplayıb. Tədqiqatda dörd illik qəhvə istehlakı vərdişləri ilə bədən çəkisi dəyişiklikləri arasındakı əlaqə müqayisə olunub.

"The American Journal of Clinical Nutrition"da dərc olunan bir araşdırma isə şəkərsiz qəhvənin 4 il ərzində çəki qazanma riskini azalda biləcəyini aşkar edib. 

Tədqiqatlar göstərib ki, gündə əlavə bir fincan şəkərsiz qəhvə içmək 4 il ərzində 0,12 kiloqram çəki atmağa kömək olar bilər.

Aynur Əli

0