“Əslində həyatında hər şey yaxşıdır. Lakin sən emosiyalarını kontrol edə bilmirsən. Bəzən gərəksiz yerə ağlamağın və ya gülməyin gəlir? Bu səbəbsiz deyil. Hər şeyin başında zamanında deyilməmiş sözlər, basdırılmamış duyğular dayanır”.
Bu fikirləri Hit.az-a psixoloq Nəzakət Mirzəzadə səsləndirib:
“Deyilməyən, basdırılmış duyğular yox olmur, heç bir yerə getmir. O bizim orqanizmimizdə özünü fərqli şəkildə üzə vurur. Basdırılmış duyğular həyatımızın ən yaxşı anında ən kiçik xatirə ilə belə ortaya çıxaraq , əhvalı korlaya, bəzən depressiyaya sala bilər. Əgər sözünüzü zamanında lazım olan şəxs deyə bilmirsinizsə bu elə basdırılmış duyğu demək olur. Odur ki, zamanında psixoloqa müraciət edin. Deyilməmiş sözlər sizi xəstələndirə bilər".
Murad