Tarixin 6 mayı...

MARAQLI
16:00 / 06.05.2026
38

Bu gün tarixin vərəqlərində 6 maydayıq.

Hit.az xəbər verir ki, bu gün ölkəmizdə İnsan Alverinə Qarşı Mübarizə Günüdür. 

Bu gün Yaponiyada isə Müəllimlər Günü kimi qeyd olunur. Həmçinin, bu gün dünyada bir sıra mühüm hadisələr baş verib. Eyni zamanda, 6 may mühüm şəxslərin bəzilərinin doğum, bəzilərinin isə vəfat etdiyi gün kimi tarixdə qalıb.

6 mayda baş verənlər:
1889-cu ildə Eyfel Qülləsi ziyarətçilərə açılıb. 1988-ci ildə Norveçdə təyyarənin qəzaya uğraması nəticəsində 36 nəfər ölüb. 1994-cü ildə La-Manş tuneli açılıb. 2002-ci ildə “SpaceX” şirkəti təsis olunub. 2004-cü ildə dünyanın ən çox izlənilən 4 teleserialdan biri olan “Friends” final edib.

6 mayda doğulanlar:
1856-cı ildə Azərbaycanın ilk maarifçi qadınlarından Hənifə Məlikova, 1900-cu ildə Xalq artisti, aktrisa Aleksandra Suvirova, 1942-ci ildə Əməkdar artist, diktor Hicran Hüseynov dünyaya gəlib.


1856-cı ildə avstriyalı psixoanaliz elminin banisi Ziqmund Freyd, 1871-ci ildə fransız kimyaçı Viktor Qrinyar, 1872-ci ildə türkiyəli dövlət xadimi Camal paşa, 1891-ci ildə Suriyanın birinci prezidenti Şükri əl-Qüvvətli, 1932-ci ildə rus aktyor Aleksandr Belyavski, 1952-ci ildə fransız aktyor Kristian Klavye, 1953-cü ildə Böyük Britaniyanın 73-cü baş naziri Toni Bleyr, 1961-ci ildə amerikalı aktyor Corc Kluni və 1983-cü ildə braziliyalı futbolçu Daniel Alves doğulub.

6 mayda vəfat edənlər:
1977-ci ildə Xalq şairi Məmməd Rahim, 2009-cu ildə diplomat Sima Eyvazova, 2017-ci ildə alim, professor Rəfiqə Əliyeva və 2021-ci ildə Xalq artisti, aktyor Arif Quliyev dünyasını dəyişib.

Həmçinin, 1910-cü ildə Böyük Britaniya kralı VII Eduard, 1949-cu ildə belçikalı dramaturq Moris Meterlink, 1992-ci ildə amerikalı aktrisa-müğənni Marlen Ditrix və 2013-cü ildə İtaliyanın dövlət xadimi Culio Andreotti vəfat edib.

Pərviz
 

0