Tarixin 3 iyunu...

MARAQLI
16:00 / 03.06.2026
38

Bu gün tarixin vərəqlərində 3 iyundayıq.

Hit.az bildirir ki, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Ümumdünya Velosiped Günü kimi qeyd olunur.

Bu gün ölkə və dünya üçün mühüm bir sıra hadisələr yaşanıb. Eyni zamanda görkəmli şəxslərin bəzilərinin doğum, bəzilərinin isə vəfat günü 3 iyuna təsadüf edir. Beləliklə, tarixin 3 iyununa nəzər salırıq...

3 iyunda baş verənlər:
1892-ci ildə İngiltərənin “Liverpul” futbol klubu qurulub. 1964-cü ildə İsrail milli futbol komandası Asiya Kubokunu qazanıb. Həmin gün həm də Lefter Küçükandonyadis futbolçu karyerasını başa vurub. 2006-cı ildə Qaradağ müstəqilliyini elan edib. 2006 və 2015-ci ilin bu günü isə “Qarabağ” Azərbaycan Kubokunun qalibi olub. 

3 iyunda doğulanlar:
1927-ci ildə fotoqraf Kamal Babayev, 1957-ci ildə Xalq yazıçısı Afaq Məsud və 1977-ci ildə müğənni Fədayə Laçın dünyaya gəlib.

Həmçinin, 1843-cü ildə Danimarka kralı VIII Frederik, 1925-ci ildə amerikalı aktyor Toni Körtis, 1931-ci ildə Kuba dövlət xadimi Raul Kastro və 1986-cı ildə ispan tenisçi Rafael Nadal doğulub.

3 iyunda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Eldar Tağızadə Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 
2006-cı ildə aktyor Xalq artisti, aktyor Mikayıl Mirzə və Xalq artisti, aktyor Mobil Əhmədov, 2013-cü ildə Aşıq Cahad dünyasını dəyişib.

Dünyada isə 1899-cu ildə avstriyalı bəstəkar İohann Ştrauss, 1924-cü ildə bohemiyalı yazıçı Frans Kafka, 1963-cü ildə türk şair Nazim Hikmət, 1989-cu ildə İranın birinci ali rəhbəri Ruhullah Xomeyni, 2001-ci ildə amerikalıl aktyor Entoni Kuinn və 2016-cı ildə amerikalı boksçu Məhəmməd Əli vəfat edib.

Pərviz 

0