Bu gün tarixin vərəqlərində 21 avqustdayıq.
Hit.az xəbər verir ki, bu gün tarixdə bir sıra hadisələrlə yadda qalıb.
21 avqust bir sıra görkəmli şəxsin doğum günü və ya vəfat günü kimi xatırlanır. Bu gün Mərakeşdə Gənclər Günü, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən həm Ümumdünya Yaşlılar Günü, həm də Beynəlxalq Terror Qurbanlarını Anma Günü kimi qeyd olunur. Beləliklə, tarixin 21 avqustuna nəzər salırıq.
21 avqustda baş verənlər:
1997-ci ildə Azərbaycan və Serbiya arasında diplomatik əlaqələr qurulub. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında güləşçi Xetaq Qazyumov bürünc medal qazanıb. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında boksçu Lorenso Sotomayor və güləşçilər Xetaq Qazyumov və Toğrul Əsgərov gümüş medal qazanıb. 1911-ci ildə “Mona Liza” əsəri Luvrun əməkdaşı Vinçenso Perucia tərəfindən oğurlanıb. 1959-cu ildə Havay ABŞ-nin 50-ci ştatı olub. 1991-ci ildə Latviya Sovet İttifaqından tam müstəqilliyini bərpa etdiyini bəyan edib.
21 avqustda doğulanlar:
1927-ci ildə Əməkdar incəsənət xadimi, skripkaçı Tahir Atakişiyev, 1929-cu ildə xanəndə Mürşüd Məmmədov və 1930-cu ildə ədəbiyyatşünas, professor Bəkir Nəbiyev doğulub.
Həmçinin, 1643-cü ildə Portuqaliya kralı VI Afonso, 1917-ci ildə amerikalı və polşalı iqtisadçı Leonid Qurvits, 1926-cı ildə türk şair Can Yücəl, 1929-cu ildə latviyalı aktrisa Viya Artmane, 1935-ci ildə türk müğənni Adnan Şənsəs, 1938-ci ildə amerikalı müğənni Kenni Rocers, 1963-cü ildə Mərakeş kralı VI Məhəmməd, 1986-cı ildə yamaykalı sprinter Useyn Bolt və 1988-ci ildə polşalı futbolçu Robert Levandovski dünyaya gəlib.
21 avqustda vəfat edənlər:
1972-ci ildə Əməkdar incəsənət xadimi, qrafik rəssam Əmir Hacıyev, 1995-ci ildə aktyor Gündüz Abbasov, 2002-ci ildə Xalq rəssamı Mikayıl Abdullayev, 2010-cu ildə Əməkdar artist, aktyor Sadıq İbrahimov və 2019-cu ildə aktyor Məhərrəm Qurbanov dünyasını dəyişib.
Həmçinin, 1838-ci ildə alman şair Albert fon Şamisso, 1940-cı ildə rusiyalı inqilabçı və dövlət xadimi Lev Trotski, 1943-cü ildə amerikalı yazıçı Abraham Merrit, 1979-cu ildə italiyalı futbolçu və baş məşqçi Cüzeppe Meattsa, 1997-ci ildə rusiyalı aktyor Yuri Nikulin və 2007-ci ildə slovakiyalı yazıçı Hana Poniska vəfat edib.
Pərviz


