Tarixin 25 avqustu...

MARAQLI
15:15 / 25.08.2026
190

Bu gün tarixin vərəqlərində 25 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə yadda qalıb.

25 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Həmçinin, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da bildirək ki, bu gün Braziliyada Əsgərlər Günü, Fransada Qurtuluş Günü, Şimali Koreyada Sonqun Günü, Uruqvayda isə Müstəqillik Günüdür. Beləliklə, tarixin 25 avqustuna nəzər salırıq.

25 avqustda baş verənlər:
2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında güləşçi Fərid Mansurov qızıl medal qazanıb. 1609-cu ildə Qalileo Qaliley Venesiyada ilk dəfə öz teleskopunu nümayiş etdirib. 1758-ci ildə Yeddiillik müharibə zamanı Prussiya kralı II Frederik Rus ordusunu məğlub edib. 1768-ci ildə Ceyms Kuk ilk səyahətinə başlayıb. 1944-cü ildə İkinci Dünya müharibəsində Paris Antihitler koalisiyası tərəfindən azad edilib. 1960-cı ildə XVII Yay Olimpiya Oyunları Romada keçirilib. 2012-ci ildə “Voyacer 1” kosmik gəmisi ulduzlararası kosmosa daxil olub və bunu edən ilk süni obyekt olub.

25 avqustda doğulanlar:
1926-cı ildə Xalq rəssamı Xalidə Səfərova, 1935-ci ildə Xalq şairi Fikrət Qoca, 1938-ci ildə tarixçi, professor Məmməd Fətəliyev, 1942-ci ildə şair Davud Nəsib, 1945-ci ildə Əməkdar artist, aktrisa Vəfa Fətullayeva, 1956-cı ildə Xalq artisti, müğənni Ağadadaş Ağayev, 1977-ci ildə polkovnik Ramil Səfərov və 1981-ci ildə sabiq futbolçu və baş məşqçi Ayxan Abbasov doğulub.

Həmçinin, 1530-cu ildə Rusiya çarı IV İvan Qroznı, 1724-cü ildə ingilis rəssam Corc Stabbs, 1899-cu ildə meksikalı rəssam Rufino Tamayo, 1912-ci ildə alman siyasətçi Erix Honekker, 1930-cu ildə gürcü kinorejissor Georgi Daneliya, 1930-cu ildə şotlandiyalı aktyor Şon Konneri, 1949-cu ildə britaniyalı romançı Martin Emis, 1970-ci ildə alman model Klaudia Şiffer, 1970-ci ildə amerikalı musiqiçi Serxio Veqa, 1972-ci ildə türkiyəli müğənni Gülbən Ərgən, 1973-cü ildə türk mənşəli alman kinorejissor Fatih Akın və 1990-cı ildə türkiyəli aktyor Aras Bulut İynəmli dünyaya gəlib.

25 avqustda vəfat edənlər:
1980-ci ildə Xalq rəssamı, heykəltəraş Pinxos Sabsay və 2002-ci ildə Əməkdar elm xadimi, tənqidçi Yaşar Qarayev dünyasını dəyişib.

Həmçinin, 1227-ci ildə Monqol imperiyası xaqanı Çingiz xan, 1270-ci ildə Fransa kralı IX Lüdovik, 1776-cı ildə şotland filosof Devid Yum, 1819-cu ildə şotland ixtiraçı Ceyms Vatt, 1822-ci ildə Böyük Britaniya astronomu Vilyam Herşel, 1867-ci ildə ingilis fizik Maykl Faradey, 1900-cü ildə alman filosof Fridrix Nitsşe və 2012-ci ildə amerikalı astronavt Nil Armstronq vəfat edib.

Pərviz

0