Tarixin 27 avqustu...

MARAQLI
12:00 / 27.08.2026
165

Bu gün tarixin vərəqlərində 27 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 27 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Moldovada Müstəqillik Günüdür. Beləliklə, tarixin 27 avqustuna nəzər salırıq.

27 avqustda baş verənlər:
1992-ci ildə Azərbaycan və Qvineya-Bisau arasında diplomatik əlaqələr qurulub. 1783-cü ildə Montqolfier qardaşları hidrogen qazı ilə doldurulmuş ilk şarı uçurdublar. 1859-cu ildə ABŞ-nin Pensilvaniya ştatında dünyada ilk neft quyusu qazılıb. 1922-ci ildə Türkiyə İstiqlaliyyət Müharibəsində Türk Ordusu Afyonu azad edib. 

1927-ci ildə Mustafa Kamal Paşaya sui-qəsd etmək üçün Samosdan Anadoluya gedən Quşçubaşı Hacı Sami bəy öldürülüb. 1945-ci ildə varisləri Sultan II Əbdülhəmidin 400 milyon dollarlıq miras iddiasını qazanıblar. 1947-ci ildə Əlcəzair Fransadan müstəqillik əldə etməyə cəhd edib. 1985-ci ildə Nigeriyada hərbi çevriliş baş verib. 1991-ci ildə Moldova SSRİ-dən ayrılaraq müstəqilliyini elan edib. 2003-cü ildə Mars son 60.000 ildə Yerə ən yaxın məsafədən keçib.

27 avqustda doğulanlar:
1904-cü ildə şahmatçı Vladimir Makoqonov, 1921-ci ildə Əməkdar incəsənət xadimi, yazıçı Seyfəddin Dağlı, 1928-ci ildə Əməkdar rəssam Nadir Zeynalov, 1942-ci ildə şərqşünas, professor Vasim Məmmədəliyev və 1984-cü ildə güləşçi Vitali Rəhimov doğulub.

Həmçinin, 1770-ci ildə alman filosofu Georq Vilhelm Fridrix Hegel, 1809-cu ildə ABŞ-nin 15-ci vitse-prezidenti Hannibal Hamlin, 1858-ci ildə italiyalı riyaziyyatçı Cüzeppe Peano, 1865-ci ildə ABŞ-nin 30-cu vitse-prezidenti Çarlz Daues, 1871-ci ildə amerikalı yazıçı Teodor Drayzer, 1884-cü ildə Fransanın 16-cı prezidenti Vensan Oriol, 1908-ci ildə ABŞ-nin 36-cı prezidenti Lindon Conson, 1916-cı ildə türk arxeoloq və qılıncoynadan Halet Çambel, 1953-cü ildə isveçli aktyor Peter Stormare, 1958-ci ildə rusiyalı kosmonavt Sergey Krikalyov, 1959-cu ildə avstriyalı Formula-1 pilotu Gerhard Berger, 1982-ci ildə türk aktrisa Bərgüzar Korel, 1983-cü ildə ukraynalı müğənni Camala, 1986-cı ildə Avstriya kansleri Sebastian Kurts, 1989-cu ildə türk aktyor və kikboksçu Çağan Atakan Arslan və 1992-ci ildə alman müğənni Kim Petras dünyaya gəlib.

27 avqustda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Şövqiyar Abdullayev Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

1956-cı ildə nasir, publisist Əvəz Sadıq, 1964-cü ildə mayor, Sovet İttifaqı Qəhrəmanı Fariz Səfərov və 1998-ci ildə Xalq artisti, kinorejissor Tofiq Tağızadə dünyasını dəyişib.

Həmçinin, 1576-cı ildə italiyalı boyakar Tisian Veçellio, 1635-ci ildə ispan dramaturq və şair Lope de Veqa, 1664-cü ildə ispan boyakar Fransisko de Surbaran, 1965-ci ildə fransız və isveçrəli memar Le Korbuzye və 2009-cu ildə rusiyalı yazıçı və şair Sergey Mixalkov vəfat edib.

Pərviz

0