Tarixin 28 avqustu...

MARAQLI
11:25 / 28.08.2026
160

Bu gün tarixin vərəqlərində 28 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə yadda qalıb.

28 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Həmçinin, bəzi tarixi şəxslərin vəfatı da bu günə təsadüf edir. Beləliklə, tarixin 28 avqustuna nəzər salırıq.

28 avqustda baş verənlər:
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı Ballıqaya qətliamı törədilib. 1992-ci ildə Azərbaycan və Mərakeş arasında diplomatik əlaqələr qurulub. 1937-ci ildə “Toyota” şirkəti təsis edilib. 1963-cü ildə Martin Lüter Kinq Vaşinqtona yürüş zamanı Linkoln memorialının qarşısında məşhur “Mənim bir arzum var” nitqini söyləyib.

28 avqustda doğulanlar:
1980-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant, Anar Əliyev, 1945-ci ildə Xalq artisti, aktrisa Böyükxanım Əliyeva, 1950-ci ildə Əməkdar artist, orqan ifaçısı Rəna İsmayılova, 1953-cü ildə Xalq artisti, kinorejissor Vaqif Mustafayev, 1969-cu ildə dünya çempionu güləşçi Arif Abdullayev, 1969-cu ildə voleybolçu Yelena Şabovta, 1972-ci ildə qanuni oğru Lotu Quli və də doğulub.

Həmçinin, 1728-ci ildə alman riyaziyyatçı, astronom və fizik İohann Lambert, 1931-ci ildə yaponiyalı futbolçu və baş məşqçi Şuniçiro Okano, 1948-ci ildə rusiyalı aktrisa Natalya Qundareva, 1956-cı ildə amerikalı aktyor Luis Quzman, 1978-ci ildə seneqallı futbolçu Xalidu Sissoko, 1989-cu ildə finlandiyalı Formula-1 pilotu Valtteri Bottas və 1989-cu ildə ispan futbolçu Sezar Azpilikueta dünyaya gəlib.

28 avqustda vəfat edənlər:
1921-ci ildə aktyor Əbülhəsən Anaplı, 1983-cü ildə Xalq artisti, müğənni Rübabə Muradova və 1997-ci ildə Əməkdar artist, aktyor Nazir Əliyev dünyasını dəyişib.

Həmçinin, 1481-ci ildə Portuqaliya kralı V Afonso, 1645-ci ildə niderlandlı filosof Hüqo Qrotsi, 1767-ci ildə alman bəstəkar İohan Şobert, 1839-cu ildə ingilis geoloq Vilyam Smit, 1914-cü ildə rusiyalı bəstəkar Anatoli Lyadov, 1973-cü ildə norveçli velosipedçi Karl Qulbrandsen, 1979-cu ildə rusiyalı yazıçı Konstantin Simonov və 2020-ci ildə amerikalı aktyor Çedvik Bouzman vəfat edib.

Pərviz

0