Azərbaycanda 5 günlük tətil başlayır - Bu həftə

10:16 / 28.12.2020
1800

Bu həftə Azərbaycanda Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.

HİT.Az xəbər verir ki, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəyliyi günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.

Beləliklə, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.

0