Əvvəlki illə müqayisədə ötən il kişilərin orta çəkisi 100 qram azalıb, qadınların orta çəkisi isə dəyişməz qalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, 2024-cü ildə Azərbaycanda kişilərin orta çəkisi 73,8 kq, qadınların orta çəkisi isə 66,1 kq olduğu halda, ötən il kişilərin orta çəkisi 73,7 kq, qadınların orta çəkisi isə 66,1 kq olub.
Son 11 il ərzində isə Azərbaycanda kişilərin orta çəkisi 1,6 kq, qadınların orta çəkisi isə 1 kq artıb.
Ümumiyyətlə, son 11 ildə həm kişilərin, həm də qadınların çəkisi ən yüksək səviyyəyə 2024-cü ildə çatıb.
Onu da qeyd edək ki, ötən il Azərbaycanda kişilərin 4,4%-i, qadınların isə 5,6%-i artıq çəkiyə sahib olublar. Nəticədə, son 11 ildə artıq çəkisi olan kişilərin və qadınların da sayı ən yüksək səviyyəyə çatıb.
Son 11 ildə kişilərin boyu 0,4 sm artıb, qadınların boyu isə 0,1 sm azalıb.
Ötən il Azərbaycanda kişilərin orta boyu 171,6 sm, qadınların orta boyu isə 163,7 sm olub.



