Azərbaycanlı qadın ölkəyə külli miqdarda pul gətirirdi: Əlindən aldılar

13:11 / 09.06.2023
697

2023-cü ilin mart ayından etibarən gömrükçülər Volqoqrad və Həştərxan hava limanlarında nağd pulun qanunsuz keçirilməsinə 8 cəhdin qarşısını alıblar.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Türkiyə və Azərbaycana uçan sərnişinlərin əl yüklərində daha çox rubl, ABŞ dolları, avro və türk lirəsi olub.

Gömrük qaydalarını pozanlar arasında həm xarici ölkə vətəndaşları, həm də Rusiya vətəndaşları olub. Belə ki, gömrükçülər Volqoqraddan Bakıya uçan qadını “yaşıl” dəhlizdə saxlayıblar. Onun üzərində 9905 (təxminən 18 min 148 manat) avro məbləğində pul olub.

Ekvivalent olaraq bu, 10 794,64 ABŞ dolları təşkil edir ki, bu da daşınmaya icazə verilən məbləğdən 794,64 ABŞ dolları çoxdur. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, pulun artıq hissəsi gömrükçülər tərəfindən götürülüb.

 

0