Dietik qidaların təsiri olurmu?

ÖLKƏ
21:32 / 19.03.2024
513

Sağlam və gümrah görünmək arzusu kimi müxtəlif səbəblər insanları pəhriz saxlamağa məcbur edir. 

Lakin pəhriz saxlayan insanlar nə qədər diqqət etsələr də, istədikləri çəkini heç cür əldə edə bilmirlər.

Bunun səbəbi kimi dükan və apteklərdə satılan pəhriz qidalarının tərkibinin heç də original olmamasıdır.

Artıq çəkidən xilas olmaq istəyənlərlə yanaşı, diabet xəstələri də pəhriz qidaları ilə qidalanırlar. 

Lakin bu xəstəlikdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulan pəhriz qidaları heç də onların sağlamlığına müsbət təsir etmir.

Ekspertlər qeyd edirlər ki, satışda olan dietik qidaların tərkibi heç də pəhriz üçün nəzərdə tutulmayıb.

Dietoloq Leyla Sarıyeva Hit.az-a açıqlamasında qeyd edib ki, diabet üçün nəzərdə tutulan ərzaq məhsulları xəstələr üçün əməlli-başlı problem yaradır:

 “Xəstələr elə başa düşürlər ki, məhsulun üzərində şəkərli diabet üçün yazılıbsa, bu ərzaqlardan istədikləri kimi istifadə edə bilərlər. Hazırda satılan pəhriz çörəkləri ilə bağlı problemlər var. Çünki bu çörəklərin tərkibində şəkərin artmasına səbəb ola biləcək maddələr var.Hazırda tərkibində şəkər olan məhsullar həm apteklərdə, həmçinin də mağazalarda şəkər xəstələri üçün hazırlanmış məhsullarla birgə, eyni vitrində satılır. Bu məsələlərlə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, bunun nəticəsi olmayıb”.

Sevinc

0