İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanıldı

ÖLKƏ
10:10 / 06.06.2026
50

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.

HİT.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür.

Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

0