Keçmiş nazirin oğlu işdən çıxarıldı

13:34 / 14.06.2020
1839

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin daha bir əməkdaşı işdən çıxarılıb.

HİT.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlimata görə, şöbənin sektor müdiri Rüfət Əliyev tutduğu vəzifədən azad edilib.

R. Əliyev sabiq Tikinti və sənaye naziri Ənvər Əliyevin oğludur.

Qeyd edək ki, bu şöbənin daha 5 əməkdaşı işdən çıxarılmışdı. Sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdi.


2