Vasif Talıbovdan yeni təyinat - SƏRƏNCAM

ÖLKƏ
14:54 / 02.09.2020
1941

Sara Əzimova Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının yenidən üzvü təyin edilib.

HİT.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 2-də sərəncam imzalayıb.

Sərəncama əsasən, o, 4 il müddətinə bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Sara Əzimova bundan əvvəlki 4 il müddətində də Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü olub.

1