Kəşmirdə nə baş verir? - Hindistan PUA-sı vuruldu

DÜNYA
10:31 / 31.12.2020
807

Hindistan və Pakistan arasında Kəşmir Nəzarət Xəttində qarşıdurma yaşanıb.

Hadisə nəticəsində Pakistanda 1 əsgər şəhid olub, 1 mülki vətəndaş isə yaralanıb.

Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata görə, atəşkəs Hindistan əsgərləri tərəfindən pozulub.

Qeyd edək ki, qarşıdurma zamanı Pakistan Hindistana məxsus bir PUA-nı vurub.

0
Yenisabah.az