Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı

İQTİSADİYYAT
10:33 / 07.07.2022
498

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,11 ABŞ dolları və ya 2,64% azalaraq, 114,61 dollar təşkil edib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 100,69 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0