Azərbaycan neftinin yeni qiyməti

İQTİSADİYYAT
10:19 / 13.07.2022
869

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,19 ABŞ dolları və ya 5,1% azalaraq 113,91 dollar təşkil edib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 99,49 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0