"Tesla"nın yeni modellərində ciddi problem AŞKARLANDI

AVTO
10:21 / 03.08.2023
1199

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) sükan idarəetməsi və elektrik sükanının itirilməsi raportlarına görə Teslanın yeni "Model 3" və "Model Y" avtomobilləri bağlı araşdırma başlatdığını açıqlayıb.

HİT.az xəbər verir ki, qərar 280 min avtomobili əhatə edir.

Qurumun saytında dərc olunan məlumatda bildirilib ki, sözügedən problemlər səbəbindən sükan idarəetməsinin itirildiyinə dair çox sayda şikayət daxil olub.

Qeyd olunub ki, sürücülər bu problemlə tez-tez qarşılaşırlar. Bu səbəbdən də avtomobillərin istehsal prosesində nəyin səhv edildiyinin araşdırılacağı vurğulanıb. Bu halda avtomobilləri magistral yollarda idarə etməyin çox riskli olduğu diqqətə çatdırılıb.

"Tesla" proqram yeniləmələri ilə bəzi səhvləri düzəldə biləcəyini elan edib. Lakin bununla belə, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) araşdırmanın nəticələrinə əsasən avtomobillərin geri çağırılmasını tələb edə bilər.

Pərviz

0