Rasim Balayevin yubileyi necə keçirilib?

MƏDƏNİYYƏT
12:26 / 09.08.2023
651

Xalq artisti Rasim Balayevin 75 illik yubiley mərasimi təntənəli şəkildə qeyd olunub.

Bunu Hit.az-a açıqlamasında şair Rüstəm Behrudi deyib. Onun sözlərinə görə, yubiley gecəsi Mərdəkanda restoranların birində baş tutub:

“Rasim Balayevin adına, sənətinə uyğun gözəl bir gecə keçirildi. Rasim müəllim böyük sənətkardır, Azərbaycan kinosunda böyük rolların müəllifidir. Özü də sadə adamdır. Mərasimə özünə yaxın 60 nəfər tanınmış şəxsləri dəvət etmişdi. Böyük qələm sahibləri, sənət adamları da gecədə iştirak edirdi. Onların arasında Ramiz Rövşən, Alim Qasımov da var idi. Gün olsun ki, onun 80 yaşını qeyd edək”.

Azra

0