Paşinyanın istefasında Rusiya maraqlıdır?

SİYASƏT
19:18 / 25.09.2023
523

"Ermənistan siyasi istibleşmentinin və erməni cəmiyyətinin Paşinyanın gələcək müqəddəratı ilə bağlı məsələyə münasibəti birmənalı deyil".

Bu sözləri Hit.az-a açıqlamasında politoloq Elşən Manafov deyib. O bildirib ki, Paşinyanın istefa tələbi ilə çıxış edənlərin hərəkətlərindəki motiv konyuktur və geosiyasi faktorlarla baglıdır:

"Ermənistan müxalifətinin bəlli dairələri Paşinyanı istefaya göndərməyə çalışaraq, əvvəlcə öncəki seçkilərdəki məğlubiyyətlərinə görə revanş götürmək, hakimiyyətə yiyələnmək kimi vəzifələri qarşılarına qoyublar. Bu konyuktur maraqlardan irəli gəlir, müxalifətin məlum kəsiyi bu məqsədlə Paşinyanı erməni xalqının ümumi maraqlarına xəyanətdə, "Artsaxa" dönüklükdə, Azərbaycana "güzəştə getməkdə", Ermənistanın tarixən müttəfiqi olmuş Rusiya ilə münasibətdə Qərbdən olan direktivlər əsasında gərginləşdirməkdə ittiham edir, onların hərəkətlərinə geosiyasi faktor da ciddi təsir göstərir. 

Paşinyan iqtidarının Ermənistanı KTMT-dan kənarlaşdırmaq, Rusiyanın Gümrüdəki hərbi bazasını ölkə ərazisindən çıxartmağa yönəldilmiş siyasəti muxalifətin fikrincə yol verilməzdir. Azərbaycanla müharibə və onun ölkə iqtisadiyyati, əhalinin sosial güzəranına ağır təsirləri ilə baglı mövqelərdən çıxış edənlər məhz buna görə Paşinyanı müdafiə edir, onun Azərbaycanla tez bir zamanda sülh müqaviləsinin imzalanmasına yönəldilmiş siyasətini dəstəkləyirlər. 

Bununla belə Paşinyanın istehfasını tələb edən müxalifət postpaşinyan dövrü üçün aydın düşünülmüş konsepsiyaya malik deyil və hələ də vahid namizədlə çıxış etmir. Bu isə müxalifəti də, onun elektoratını da parçalayır. Düşünürük ki,Paşinyanın istefasi Rusiyanın Ermənistanda cərəyan edən hadisələrə münasibətdə sərgiləyə biləcək mövqeyindən aslı olacaq. Rusiyaya buradakı şəraitə hansısa konteksdə nüfuz  etməsinə ciddi ehtiyac duyulmur. Rusiyanın Ermənistan iqtisadiyyatına çeşidli təsir imkanları var. Belə ki, Ermənistanın enerji təhlükəsizliyi, dəmir yolları, habelə sərhədlərinə nəzarət hələ də Rusiyanın əlindədir və bu faktorlar durduqca Ermənistanda Paşinyan hakimiyyətini istefaya göndərməkdə Rusiya maraqlı olmayacaq".

Aynur Əli

0