Paşinyana sui-qəsd: İstefa verəcək?

DÜNYA
20:00 / 26.09.2023
484

Bir neçə gündür ki, Ermənistanın paytaxtı İrəvanda hökumətə qarşı kütləvi etiraz aksiyası davam edir.

Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Artıq Ermənistan polisi Paşinyanın istefasını tələb edən, İrəvanın mərkəzi küçələrini bağlayan etirazçıları saxlamağa başlayıb. İrəvanda etiraz aksiyalarında saxlanılan iştirakçıların sayı 66-ya çatıb.

Bundan əlavə, Ermənistanın müxalifət liderləri oktyabrın 5-ni Nikol Paşinyanın istefaya göndərilməli olduğu gün kimi elan ediblər.

Paşinyana qarşı başlanılan etiraz aksiyaları sui-qəsdlə də yekunlaşa bilər.

Belə ki, “Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırladığına görə həbs edilib.

Bəs Paşinyanı bundan sonra nə gözləyir? O həqiqətən istefa verəcəkmi?

Hit.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib ki, Paşinyanı asanlıqla devirmək olmayacaq:

"Paşinyanın istefa verəcəyini düşünmürəm. Paşinyan hətta İkinci Qarabağ ⁶müharibəsində uduzduqdan sonra - ən çətin vəziyyətdə belə istefa verməyib. Hətta seçkilərdə qalib gəldi. Ona görə düşünmürəm ki, asanlıqla Paşinyanı devirmək olar. Paşinyan əslində açıq şəkildə bildirib ki, belə bir situsiyada hansı addım atılır. İnsanlar da artıq başa düşür ki, Paşinyan Ermənistanı xilas etmək üçün məcbur Azərbaycanın şərtlərini qəbul eləməlidir. Mitinqlər keçirilir, düzdür, amma mitinqlərin miqyasına və şəraitinə baxanda görürük ki, ciddi effektə malik deyil. Məncə, bundan sonra bu proses gedəcək, mitinqlər baş tutacaq. Paşinyan hələ də hakimiyyətdə qalacaq".

Aynur Əli

0