Aydın Xan Əbilov: "Ucqar kəndlərdəki kitabxanaların hamısı bərbad günə düşüb"

MƏDƏNİYYƏT
20:24 / 21.11.2023
766

"Bu gün Azərbaycanın ənənəvi, klassik kitabxanalarının vəziyyəti heç də xoşagələn deyil".

 Bunu Hit.az -a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. 

Onun sözlərinə görə, bu problem uzun müddətdir ki, səslənir, müzakirə olunur. Ancaq buna baxmayaraq bu sahədə vəziyyət heç də ürəkaçan deyil:

"Müstəqillik dövrü ikinci dəfə bərpa olunandan sonra yataqxana tipli kitabçalar və ya ucqar kəndlərdəki kitabxanaların hamısı bərbad günə düşdü. Bir sözlə, kitabxanalar "xoruz banlamayan dəyirmanların" gününə düşüb. Bu ifadə o deməkdir ki, kitabxana var, ancaq yox kimidir. Kitabxanaların yox olmasının müxtəlif səbəbi var. İlk olaraq bildirim ki, oxucuların bu sahəyə ögey münasibət bəsləyir.  Həmçinin, elektron kitabxanaların yaranması da kitabxanalara münasibətin dəyişməsinə səbəb oldu. Beləliklə, oxucu evdən çıxmadan smartfon telefon və ya noutbook vasitəsilə istədiyi kitabı elektron formada oxuya bilir. Bu isə ənənəvi, klassik kitabxana mədəniyyətinin get-gedə məhv olması deməkdir. Eyni zamanda,  bir çox işbazlar keçmiş mədəniyyət nazirinin dəstəyi ilə 2000-dən çox kitabxananın bağlanmasına səbəb olub. Bağlanan kitabxanaların binası həmin işbazların əlinə keçdi və təyinatı dəyişildi”. 

Həmsöhbətimiz onu da əlavə edib ki,ucqar kəndlərdə kitabxanaçılıq sahəsini inkişaf etdirmək üçün səyyar kitabxana yaratmaq lazımdır. Ənənəvi kitabxanaçılıq sahəsini saxlamaqla yanaşı, modern virtual kitabxanaçılıq da inkişaf etməlidir.

Sevinc

0