ABŞ polisi azərbaycanlıların toxunulmazlığını qoruya bilmədi - Xələf Xələfov

DÜNYA
13:28 / 23.07.2020
1352

"Son günlər cəbhədə baş verən erməni təxribatına qarşı xarici ölkələrdə keçirilən dinc yürüşlərə qarşı ermənilər tərəfindən vandalizm aktları həyata keçirilib. Ermənistan rejimi hərb meydanında məğlub olduqdan sonra müxtəlif xarici ölkələrdə dinc aksiya keçirən azərbaycanlılara qarşı vəhşiliklər törədiblər. Bir sıra ölkələrin paytaxt və böyük şəhərlərində belə hadisələr baş verib. Onların əsas məqsədi diqqəti əsas məsələdən yayındırmaqdır. Xaricdəki azərbaycanlılar dinc yolla aksiya keçirərək erməni vəhşiliyinə son qoyulmasını tələb edirlər".

Bu sözləri iyulun 12-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.

“Los-Ancelesdə 3 min nəfərə yaxın erməni icmasının nümayəndələri sayca az olan Azərbaycan nümayəndələrinə hücum edib və onlara təzyiq göstərərək xəsarət yetirib, rəmzlərimizə qarşı vandalizm hərəkətləri törədiblər, nalayiq hərəkətlər ediblər. Hadisələr baş verən ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqə saxlayırıq. Onlar vəziyyətlə bağlı ətraflı məlumatlandırılırlar. ABŞ polisi bu ölkədə azərbaycanlılara qarşı vandalizm aktını ətraflı araşdıracaq və lazımi tədbir görəcək. Bunu ABŞ-ın Azərbaycandakı səfiri də deyib”, - deyə nazir müavini vurğulayıb.

X.Xələfov bildirib ki, o, məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri ilə də görüşüb:

"Bütün baş verənlər polisin gözləri qarşısında olub. Onlar vətəndaşlarımızın, icma nümayəndələrinin toxunulmazlığını qoruya bilməyib. ABŞ səfiri də bunu etiraf edib. Araşdırmalar başlayıb və səbəbkarlar məsuliyyətə cəlb olunacaq, məsələyə hüquqi qiymət veriləcək. Bu kimi görüşlər digər ölkələrin səfirləri ilə də keçirilir.

0
Modern.az