Gözümüzü kor edən eynəklər

SAĞLAMLIQ
21:43 / 23.04.2024
396

Bu gün tələbat yüksək olduğundan Bakıda fərqli qiymətlərə müxtəlif cür eynəklər satılır.

Hər bir eynəyin, eləcə də 5 manatlıq eynəklərin özünün alıcısı olur. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, eynəklərin bahalı olması onun keyfiyyətinin yüksəkliyindən xəbər vermir. Çünki bahalı eynəklər arasında da saxtaları olur. Buna görə də eynək alarkən onun mənşə sertifikatı tələb edilməlidir:

“Keyfiyyətsiz eynəklərin heç bir standartı mövcud deyil, onların göz üçün uyğun olub-olmadığını yoxlayanlar da yoxdur. Eynəklər satılan zaman mütləq şəkildə testdən keçirilməlidir. Polaroid eynəkləri xüsusi test vasitəsilə necə yoxlamaq mümkündürsə, digər eynəkləri də yoxlamaq üçün belə testlər hazırlanmalıdır”.

Sevinc

0