Kaktus ənciri orqanizmdə nəyi müalicə edir?

SAĞLAMLIQ
20:59 / 25.10.2024
277

Hit.az “Şəfalı bitkilər” rubrikasında kaktus ənciri haqqında məlumat verir.

“Kaktus ənciri C vitamini ilə zəngindir. Elə payız fəslində antibakteriyal meyvə kimi istehlak edilir”.

Bu sözləri türkə çarəçi Seymur Maqsudov Hit.az-a bildirib. 

O qeyd edib ki, yeyildiyi zaman mədə-bağırsaqda olan bakteriyaları öldürür:

“Kaktus ənciri şəkərli diabet xəstələri üçün ən vacib qidalardan biridir. Hətta bəzi araşdırmalara bu meyvə  şəkərli diabet xəstəliyini tamamilə aradan qaldırdığını göstərir. Bəzi ərazilərdə buna tüklü əncir, qaynanadili də deyirlər. Bu meyvəni ələ götürəndə diqqətli olmaq lazımdır. Çünki üstündə çoxlu tikanları var”.

Murad

0