Uşaq bezi seçərkən nələrə baxmalıyıq? - Terapevt danışır

SAĞLAMLIQ
19:28 / 31.10.2024
237

Hamilə qadınlar və yeni uşaq dünyaya gətirmiş anaların əsas narahatlıqlarından biri də uşaq bezlərinin seçimidir. Qəbul edilən odur ki, düzgün uşaq bezi seçmək körpənin həm gündüz, həm də gecə saatlarında rahat hərəkət etməsinə və yatmasına təsir edir. 

Maraqlıdır, düzgün uşaq bezi seçmək üçün nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən terapevt Sevinc Əliyeva deyib ki, düzgün seçilməyən uşaq bezləri körpənin dərisində müxtəlif problemlərə yol açır:

“Bu problemlərə dəridə aşınmaya, qızarıqlığa, qaşınmaya, hətta ən pis halda, müxtəlif dəri xəstəliklərinin yaranmasına belə gətirib çıxara bilir. Ona görə bez seçərkən ilk növbədə körpənin dərisinə uyğun olmasına diqqət yetirilməlidir. Uşaq bezini seçərkən hər şeydən öncə, körpənizin çəkisinə diqqət etməlisiniz. Körpənin çəkisinə uyğun olmayan, kiçik, yaxud nisbətən böyük ölçüdə alınan uşaq bezi körpənizin narahatlığına səbəb olacaq. Çünki kiçik bədən ölçüsü olan bez körpənin yuxu rejimini pozur. 

Bez alarkən digər əsas amil bezin əmicilik qabiliyyətinin yüksək olmasıdır. Uşaq bezinin səth hissənin pambıqlılıq səviyyəsinin  yüksək olması da vacib əhəmiyyətə sahibdir. Pambıq materialından hazırlanmayan uşaq bezləri körpənin dərisi ilə uzun müddət  təmas edərsə, körpədə narahatlıq və qızartı, bişməcə hallarının yaranmasına səbəb ola bilər”.

Murad


 

0