Adətən qış aylarında insanlar artıq çəki alır.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, yayla müqayisədə, qışda qan şəkərinin səviyyəsinin azalması, adenozintrifosfatın (ATP) miqdarının və xolestrolun artması, metabolizmin yavaşlaması çəki artımına səbəb olur:
“Adətən yaz-yay aylarında çox su içirik, amma qışda su tələbatımızı unuduruq. Bir çox hallarda, insan sanki qida qəbul etmək istəyir, əslində susuzluq olur və tez-tez aclıq hissi ilə qarışdırılır. Həmçinin, soyuq aylarda daha kalorili yeməklər daha çox istehlak edilir. Məsələn, xəngəl, xaş, souz, yağlı yeməklərə daha çox üstünlük verilir. bu səbəbdən də insanlar qış aylarında daha artıq çəki alır”.
Sevinc