Gün ərzində neçə naringi yeyilməlidir?

SAĞLAMLIQ
19:54 / 15.01.2025
52

Qış fəslində insanların sevdiyi meyvələrdən biri də naringidir.

Maraqlıdır, gün ərzində neçə naringi istehlak edilməlidir?

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, gündə 4-5 narıngidən artıq yemək olmaz:

 “Narınginin həddindən artıq istehlakı qaraciyərdə problem yarada bilər. Bundan başqa, normadan artıq naringi yemək allergiyaya da səbəb ola bilır. Məlumdur ki, narıngi kalsium, maqnezium, kalium, “D”, “K”, “C” və “B” vitaminlərinin mənbəyidir. Onun sözlərinə görə bu meyvələrin tərkibindəki lif mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmağa kömək edir, “C” vitamini isə immun sistemini gücləndirir”.

Sevinc
 

0