Görünüşü sərt, tıkanlı kaktus gülü min bir dərdin dərmanı sayılır.
Hit.az xəbər verir ki, kaktusun 3000-dən çox növü var. Kaktus bitkisi kompüter, televizor, telefon, modem və digər elektron qurğulardan yayılan elektromaqnit şüalarını qəbul edən və neytrallaşdıran yeganə bitkidir.
Bu bitki miqren xəstələrinə də yaxşı təsir göstərir.
Buna görə də kaktusu əsasən iş yerlərində saxlamaq yaxşı nəticə verir.
Kaktusdan hazırlanan dərman preparatları bədəndə gedən iltihabi prosesləri aradan qaldırır, qan dövranını yaxşılaşdırır, cinsi orqanlara müsbət təsir edir.
Həmçinin, kaktusun şirəsindən revmatizm xəstəliyində, sulu və spirtli məhlulları isə hipotoniya və ürək-damar xəstəliklərində istifadə edilir.
Sevinc