Gent Universitetinin alimləri kosmik radiasiyadan qorunmaq üçün 3D çap edilmiş hidrogel hazırlayıblar. Materialın təsiri yüksək enerjili hissəciklərin axını yavaşlatan hidrogenin işləməsi ilə bağlıdır.
HİT.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb.
Məlumdur ki, astronavtlar kosmosda olarkən yüksək radiasiyaya məruz qalırlar. Yer atmosferindən və maqnit sahəsindən kənarda onlar Yerdəki bir illik dozaya bərabər şüalanma dozası alırlar. Bu, Marsa uçuşlar kimi gələcək missiyalar üçün xüsusilə aktual problemə çevrilir.
Alimlər izah edib ki, radiasiya atomların və ya atom nüvələrinin fiziki vəziyyətini dəyişən, onları elektrik yüklü ionlara və ya nüvə reaksiya məhsullarına çevirən şüalanma növüdür. Su yüklü hissəcikləri yavaşladan sıxlığı və yüksək hidrogen tərkibinə görə uzun müddət radiasiyaya qarşı effektiv maneə kimi istifadə edilib.
Bununla belə, kosmosda sərbəst sudan istifadə etmək çətindir - konteynerlər çox yer tutur və sızma avadanlıqlara zərər verə bilər.
Superabsorbent polimerlərə (SAP) əsaslanan yeni material bu problemi həll etməyə kömək edəcək. Alimlərin yaratdığı hidrogel öz çəkisindən yüz dəfələrlə böyük həcmdə mayeni udmaq qabiliyyətinə malikdir. Unikal forması sayəsində gel material zədələnsə belə sızmaların qarşısını alır.
Bu materialların 3D çapı istənilən formanın qoruyucu elementlərini yaratmağa imkan verir. Layihənin rəhbəri Piter DeBruel qeyd edib ki, yeni metodun təhlükəsizliyi və effektivliyi artıq təsdiqlənib və növbəti addım texnologiyanın sənaye istehsalına tətbiqi olacaq. Kosmik gəmilərə və kosmik gəminin müxtəlif komponentlərinin qoruyucu elementlərinə hidrogel əlavələrinin tətbiqi planlaşdırılır.
Samir