Avokado ömrü uzada bilərmi? - Yeni araşdırma dəqiq cavab verdi

SAĞLAMLIQ
15:45 / 07.05.2026
45

Pensilvaniya Dövlət Universitetinin alimləri bu iddianın doğruluğunu araşdırmaq üçün tədqiqat aparıblar. 

HİT.az xəbər verir ki, nəticələr “Earth” nəşrində dərc olunub.

Tədqiqatın rəhbəri, universitetin qidalanma kafedrasının dosenti Kristina Petersen bildirib: “Avokado qida maddələri ilə zəngin, lif tərkibi yüksək olan bir məhsuldur. Biz onun müntəzəm istehlakının qidalanma keyfiyyətini yaxşılaşdırıb-yaxşılaşdırmadığını araşdırmaq istədik".

Tədqiqatda 1008 nəfər iştirak edib və iki qrupa bölünüb. Birinci qrup 26 həftə ərzində adi qidalanmasını davam etdirib və avokado istehlakını məhdudlaşdırıb. İkinci qrup isə gündə bir avokado əlavə edib. Alimləri ən çox təəccübləndirən nəticə qidalanma keyfiyyətinin yaxşılaşması olub.

Petersen qeyd edib: “Müəyyən etdik ki, iştirakçılar avokadonu təmizlənmiş taxıllar və yüksək natriumlu məhsulların əvəzinə istifadə edirdilər".

Nəticədə insanlar daha az faydalı qidaları avokado ilə əvəz edir və ümumi rasionlarını yaxşılaşdırırdılar. Alimlər bildiriblər ki, pis qidalanma ürək xəstəlikləri, 2-ci tip diabet və böyrək xəstəlikləri kimi riskləri artırır.

Petersenin sözlərinə görə, qidalanma keyfiyyətinin yaxşılaşdırılması bu xəstəliklərin riskini azalda və sağlam ömrün müddətini uzada bilər.

Son vaxtlar diyetoloqlar avokadodan daha çox kalium ehtiva edən 5 məhsulu açıqlayıblar. Onların fikrincə, kalium orqanizmdə demək olar ki, bütün proseslərdə iştirak edən vacib mineraldır.

Həmçinin alimlər ürək sağlamlığı üçün hansı qidaların vacib olduğunu da açıqlayıb. Dietoloqlardan biri ən faydalı məhsulun gündəlik istifadədə asan əldə olunduğunu, lakin seçərkən diqqətli olmaq lazım gəldiyini bildirib.

Samir

0