Bundan sonra heç bir seriala çəkilməyəcəm - Xalq artisti

MƏDƏNİYYƏT
22:12 / 29.07.2020
1560

"Karantin günlərində kompüterdə yazmağı öyrənmişəm".

HİT.Az xəbər verir ki, bunu Azvision.az -a Xalq artisti Ramiz Novruz deyib. Aktyor bildirib ki, karantin günlərini ailəsi ilə birgə Salyanın Qarabağlı kəndində keçirir.

"Karantin günlərini ailəmlə birlikdə Salyanda keçirirəm. Daha çox kənarda oluruq, şəhərə gəlməmişik. Buranın maraqlı havası var. Düşündüyümüz kimi isti deyil, sərindir. Bağlı-baharlı kənddir.

Beynimə gələn fikirləri həyətdə oturub yazıya çevirirəm. Kompüterdə yazmağı öyrənmişəm. Buna görə də 99 faiz telefon zənglərinə cavab vermirəm. Həyətdə oturub işləyəndə telefon yuxarıda olur. Televiziyadan zəng edirlər, ancaq gedə bilmirəm. Çünki rayondan Bakıya gəlmək mümkün deyil".

Aktyor serial çəkilişlərindən yorulduğunu söyləyib.

"Təzə tamaşamız var idi. Premyerasına 3-4 gün qalmışdı ki, teatr bağlandı. Teatra qayıdandan sonra hər şeyi yarıdan başlayacağıq. Serial çəkilişlərimiz də qaldı. Kameradan usanan kimi olmuşam. Qarşıma məqsəd qoymuşam ki, daha heç bir seriala çəkilməyim. Pandemiya seraillardan məni soyutdu. Ancaq tamaşanı həsrətlə gözləyirik. Alqış üçün darıxmışıq".

 

0